satellite   Azerspace-1: 11135 H 30000

Pekində Azərbaycan-Çin əməkdaşlığı müzakirə olunub

Pekində Azərbaycan-Çin əməkdaşlığı müzakirə olunub

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çin Xalq Respublikasında səfərdədir.

Naxçıvan televiziyası xəbər verir ki, Çinin xarici işlər nazirinin müavini Sun Veudon ilə görüşdə Azərbaycan və Çin prezidentləri arasında keçirilən görüşlərin, aparılan məktub mübadilələrinin ölkələrimiz arasında tərəfdaşlığın strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm amil olduğu vurğulanıb.

Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrə, COP29-la əlaqədar qarşıda duran məsələlərə, Orta Dəhliz üzrə əməldaşlığa, Cənubi Qafqaz regionunda sülh quruculuğuna dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycan ilə Çin arasında hərtərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM