satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb

Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pekində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) baş katibinin müavini Nurlan Yermekbayev ilə görüşüb.

Naxçıvan televiziyası xəbər verir ki, görüşdə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunub, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı kimi fəal rolu vurğulanıb.

Qeyd olunub ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verir və əlaqələri daha da genişləndirməkdə maraqlıdır.

Görüşdə Azərbaycan ilə ŞƏT arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM