satellite   Azerspace-1: 11135 H 30000

ATƏT Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyasını dəstəkləyir

ATƏT Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyasını dəstəkləyir

ATƏT Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası prosesini alqışlayır və danışıqların konstruktiv şəraitdə keçməsinin tərəfdarıdır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə təşkilatın hazırkı sədri, Maltanın xarici işlər naziri Yan Borq İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

“Biz Ermənistanla Azərbaycan arasında delimitasiya prosesini dəstəkləyirik. Danışıqlar prosesi etimad şəraitində, bərabər əsasda keçməlidir. Onilliklər boyu davam edən və iztirablara səbəb olan münaqişəyə son qoyula bilər”, - deyə Yan Borq vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM