satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Ukrayna XİN başçıları əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıblar

Azərbaycan və Ukrayna XİN başçıları əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıblar

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ukrayna xarici işlər naziri Dmitro Kuleba arasında telefon danışığı olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Telefon danışığı zamanı Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

İki ölkə və xalqlarımız arasında münasibətlərin tarixi təməllərə əsaslandığı, daim beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən ərazi bütövlüyü və suverenliyə hörmət əsasında inkişaf etdiyi qeyd olunub.

Ukrayna tərəfi Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın ölkəsi üçün əhəmiyyətini vurğulayıb və buna görə minnətdar olduqlarını qeyd edib.

Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM