satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: Azərbaycan Malta ilə münasibətləri genişləndirmək niyyətindədir

Ceyhun Bayramov: Azərbaycan Malta ilə münasibətləri genişləndirmək niyyətindədir

Bu gün biz Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə müxtəlif sahələrdə mövcud vəziyyəti, Azərbaycan-ATƏT əməkdaşlığında hazırkı vəziyyəti, regionda baş verən hadisələr barədə fikir mübadiləsi apardıq. Həmçinin Azərbaycan ilə Ermənistan arasındakı cari vəziyyəti müzakirə etdik.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə birgə keçirdiyi mətbuat konfransı zamanı səsləndirib.

O bildirib ki, Azərbaycan Malta ilə münasibətləri genişləndirmək niyyətindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM