satellite   Azerspace-1: 11135 H 30000

Nazir: Azərbaycan hər zaman ATƏT-in təməl prinsiplərinə riayət edilməsinin tərəfdarı olub

Nazir: Azərbaycan hər zaman ATƏT-in təməl prinsiplərinə riayət edilməsinin tərəfdarı olub

Azərbaycanın prinsipləri hər zaman ATƏT-in təməl prinsiplərinin gözlənilməsindən, bütün dövlətlər tərəfindən onlara riayət edilməsindən ibarət olub. Xüsusilə ölkələrin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə və çoxtərəfliliyə hörmət olunmasını, bu yanaşmadan irəli gələrək addımların atılmasını önəmli hesab edirik.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri Yan Borq ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Hesab edirik ki, bu istiqamətdə ATƏT-in mövcud olan bütün alətlərindən istifadə edilməsi üçün sədrlik tərəfindən müvafiq addımlar atılır. Üzv dövlətlərin də fəal iştirakı ilə ənənəvi olaraq təşkilatın dialoq platforması rolunun artırılması üçün imkanlar mövcuddur”, - deyə nazir vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM