satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: Azərbaycan-Ermənistan normallaşma prosesində birbaşa danışıqlar ən müsbət nəticə verən formatdır

Ceyhun Bayramov: Azərbaycan-Ermənistan normallaşma prosesində birbaşa danışıqlar ən müsbət nəticə verən formatdır

Azərbaycan-Ermənistan normallaşma prosesi istiqamətində iki ölkə arasında birbaşa danışıqlardan istifadə edilməsi ən müsbət nəticə verən formatdır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri Yan Borq ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, bunun təsdiqi kimi son altı ayda bir sıra etimad quruculuğu tədbirlərinə nail olunmasını misal kimi göstərmək mümkündür. “Ən yeni irəliləyişlər sırasında apreldə iki ölkə arasında Azərbaycan-Ermənistan sərhədinin bir hissəsində delimitasiya prosesinə start verilməsi və burada siyasi-diplomatik yolla Azərbaycanın uzun illər ərzində işğal altında olan 4 kəndinin azad olunmasını qeyd edə bilərik”, - deyə C.Bayramov əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM