satellite   Azerspace-1: 11135 H 30000

Xarici işlər naziri: Dünya ictimaiyyəti hansısa dövlətlərin maraqlarından ibarət deyil

Xarici işlər naziri: Dünya ictimaiyyəti hansısa dövlətlərin maraqlarından ibarət deyil

Biz uzun illər ərzində ATƏT-dəki dövlətlərin ədalətli mövqeyini görmədik. Bundan əlavə, BMT Təhlükəsizlik Şurası və digər təsisatlar da eyni mövqedən çıxış etdilər. Lakin əsas məsələ odur ki, beynəlxalq prinsiplərin bərqərar olması əsasən böyük dövlətlərin fəaliyyəti ilə əlaqədardır.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə keçirdiyi birgə mətbuat konfransı zamanı səsləndirib.

O bildirib ki, dünya düzənində hazırda qeyri-müəyyənlik tendensiyası var. İstənilən halda, fundamental prinsiplərə hörmət edilməlidir. Dünya ictimaiyyəti hansısa dövlətlərin maraqlarından ibarət deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM