satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər

Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər

Azərbaycanın və Belarusun xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Aleynik arasında geniş tərkibdə görüş keçirilib.

Naxçıvan televiziyası Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadiyyat, nəqliyyat, sənaye, kənd təsərrüfatı və digər sahələrdə strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub.

Bundan əlavə, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin gücləndirilməsi təşəbbüsləri, regionda münaqişədən sonrakı vəziyyət, o cümlədən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM