satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN: Rusiya sərhədçilərinin çıxarılması Ermənistan tərəfinin xahişi ilə müzakirə olunub

Rusiya XİN: Rusiya sərhədçilərinin çıxarılması Ermənistan tərəfinin xahişi ilə müzakirə olunub

Ermənistan tərəfinin xahişi ilə Rusiya sərhədçilərinin Ermənistanın Azərbaycanla həmsərhəd bir sıra rayonlarından çıxarılması müzakirə olunub.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

“Biz görürük ki, sərhədçilərin çıxarılmasının Bakı ilə İrəvan arasında müştərək sərhəddə üçüncü ölkələrin nümayəndələrinin yerləşdirilməməsinə dair razılaşma çərçivəsində həyata keçirildiyi iddia olunur. Reallıq isə ondan ibarətdir ki, Rusiya və Ermənistan liderləri arasında danışıqlar zamanı Ermənistanın xahişi ilə tərəflər Rusiya sərhədçilərinin Ermənistanın Azərbaycanla həmsərhəd bir sıra rayonlarından çıxarılmasını müzakirə ediblər”, - M.Zaxarova bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM