satellite   Azerspace-1: 11135 H 30000

Nikol Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Nikol Paşinyan: Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır

Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır.

Naxçıvan televiziyası Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Yəni sərhəd dirəkləri quraşdırılandan bəri həmin əraziyə sərhəd qoşunları yerləşdirilib. Hazırda ərazi daimi xidmət üçün tədqiq olunur. Bu proses digər sahələrdə də baş verəcək”, - o vurğulayıb.

N.Paşinyan Berkaber ərazisində demarkasiya prosesində heç bir problem olmadığını qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM