satellite   Azerspace-1: 11135 H 30000

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Latviya Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Naxçıvan televiziyası xəbər verir ki, hər iki dövlətin bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Latviya Parlamentinin sədri Daiga Mierinanı və nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, Beynəlxalq Münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker mayın 20-də Azərbaycan parlamentinin inzibati binasında mətbuat konfransı keçirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM