satellite   Azerspace-1: 11135 H 30000

Alen Simonyan: Azərbaycanla ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı danışıqlar davam etdirilir

Alen Simonyan: Azərbaycanla ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı danışıqlar davam etdirilir

Ermənistan və Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı danışıqlar davam edir.

Naxçıvan televiziyası “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Lüksemburqun Deputatlar Palatasının sədri Klod Vayslerlə keçirdiyi mətbuat konfransında deyib.

“Bu, hazırkı mərhələdə müzakirə olunan mövzulardan biridir. Amma bununla bağlı aramızda razılaşma yoxdur və müzakirələr davam edir”, - o bildirib.

A.Simonyan qeyd edib ki, tərəflər regionda kommunikasiyaların açılması məsələsi ilə bağlı danışıqlar aparır:

“Biz 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda əksini tapan bütün kommunikasiyaların açılması ideyasına önəm veririk. Ermənistan bu istiqamətdə fəaliyyətini davam etdirir”.

O, bu istiqamətdə işlərin uğurla başa çatacağına ümid etdiyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM