satellite   Azerspace-1: 11135 H 30000

Kursantlarla praktiki atış çalışmaları yerinə yetirilib - VİDEO

2024-cü ilin tədris planı və proqramına uyğun olaraq, Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin kursantları ilə səhra şəraitində praktiki məşğələlər keçirilir.

Müdafiə Nazirliyindən Naxçıvan televiziyası-a bildirilib ki, əvvəlcə təlim sahəsində silah və hərbi sursatların təyinatı, döyüş və texniki xassələri, istismar qaydaları və sıfırlanması üzrə kursantların bilikləri yoxlanılıb, havanın və ərazinin istənilən şəraitində atəş mövqeyinin tutulması və şərti düşmən hədəflərinin aşkar olunaraq düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üsulları izah olunub.

Sonra hədəflərin müşahidə olunması, silah ilə hərəkətdə, həmçinin yerindən əl qumbaralarının atılması, peyda olan və hərəkət edən yerüstü hədəflərə atəş açılması üzrə tapşırıqlar icra edilib.

Praktiki məşğələlər zamanı şəxsi heyət tərəfindən qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Məşğələlərin keçirilməsində məqsəd kursantların döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının artırılması, o cümlədən silah və hərbi sursatlardan effektiv istifadə bacarıqlarının təkmilləşdirilməsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM