satellite   Azerspace-1: 11135 H 30000

Bakı ilə İslamabad qardaşlaşmış şəhər

Bakı ilə İslamabad qardaşlaşmış şəhər

Azərbaycan və Pakistanın paytaxtları Bakı və İslamabad qardaşlaşmış şəhər olublar.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə sənəd Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 11-də Pakistana dövlət səfəri çərçivəsində imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə İslamabad şəhəri (Pakistan İslam Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Anlaşma Memorandumu”nu İslamabad Paytaxt Korporasiyasının rəhbəri Muhammad Ali Randhava və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mübadilə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM