satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın hərbi mütəxəssisləri Qazaxıstanda kibertəhlükəsizlik kursunda olublar - FOTOLAR

Azərbaycanın hərbi mütəxəssisləri Qazaxıstanda kibertəhlükəsizlik kursunda olublar<font color=red> - FOTOLAR</font> Azərbaycanın hərbi mütəxəssisləri Qazaxıstanda kibertəhlükəsizlik kursunda olublar<font color=red> - FOTOLAR</font> Azərbaycanın hərbi mütəxəssisləri Qazaxıstanda kibertəhlükəsizlik kursunda olublar<font color=red> - FOTOLAR</font>

Azərbaycanlı hərbi mütəxəssislər Qazaxıstanda kibertəhlükəsizlik kursunda olub, habelə Astanada Qazaxıstan Respublikasının Milli Müdafiə Universitetində keçirilən mühazirələrdə və görüşlərdə iştirak ediblər.

Naxçıvan televiziyası Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Qazaxıstan Silahlı Qüvvələri Baş Qərargahının Dövlət Sirlərinin Mühafizəsi İdarəsinin rəisi, polkovnik Timur Sadvokasov Azərbaycan Müdafiə Nazirliyi Rabitə İdarəsinin Proqram təminatı şöbəsinin rəisi, polkovnik Adil Nastakalovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Geosiyasi qeyri-sabitlik şəraitində informasiya təhlükəsizliyi məsələlərinin aktuallığını nəzərə alan tərəflər, həmçinin təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar. Onlar bildiriblər ki, belə qarşılıqlı əlaqələr bu sahə üzrə mütəxəssislərin yüksək səviyyədə hazırlanmasına kömək edəcək.

Tədbirlər Qazaxıstan və Azərbaycanın müdafiə idarələri arasında 2024-cü il üçün hərbi əməkdaşlıq Planına uyğun olaraq təşkil edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM