satellite   Azerspace-1: 11135 H 30000

Ankara və Astana strateji tərəfdaşlığı davam etdirmək niyyətindədir

Ankara və Astana strateji tərəfdaşlığı davam etdirmək niyyətindədir

Türkiyə və Qazaxıstan strateji tərəfdaşlığı genişləndirmək istiqamətində fəaliyyəti davam etdirəcəklər. Ölkələr beynəlxalq və regional prosesləri, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT) platformasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə bazar günü Türkiyənin “Akşam” qəzetində dərc olunmuş “Rəsmi şəkildə bəyan edildi. Dost ölkə ilə strateji tərəfdaşlıq davam edəcək” sərlövhəli məqalədə deyilir.

Məqalədə diqqət Türkiyə ilə Qazaxıstan arasında Astanada keçirilən siyasi məsləhətləşmələrin növbəti raunduna çəkilir. Müzakirələrdə Türkiyəni xarici işlər nazirinin müavini Nuh Yılmaz, Qazaxıstanı isə xarici işlər nazirinin müavini Alibek Bakayev təmsil edib.

Qəzet yazır: “Türkiyənin Astanadakı səfiri Mustafa Kapucunun da iştirakı ilə keçirilən görüşdə ticarət, iqtisadiyyat, investisiya, mədəniyyət, humanitar sahələrdə geniş əməkdaşlıq məsələləri müzakirə edilib. Türkiyə tərəfi Qazaxıstanın kənd təsərrüfatı sektorunda iri layihələrin həyata keçirilməsinə investisiya yatırmaqda maraqlı olduğunu bildirib”.

Türkiyə xarici işlər nazirinin müavini Qazaxıstana səfəri çərçivəsində Türkiyə səfirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) nümayəndəliyində də olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM