satellite   Azerspace-1: 11135 H 30000

Overçuk: Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması 2020-ci il razılaşmaları əsasında mümkündür

Overçuk: Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması 2020-ci il razılaşmaları əsasında mümkündür

Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması 9 noyabr 2020-ci il tarixli razılaşmalar çərçivəsində mümkündür.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu hazırda Ermənistanda olan Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Bildirmək istəyirəm ki, kommunikasiyaların açılması üç dövlətin (Azərbaycan, Rusiya Federasiyası və Ermənistan) liderləri arasında əldə edilmiş və 9 noyabr 2020-ci il tarixli birgə bəyanatda öz əksini tapmış razılaşmalar çərçivəsində mümkündür. Bildiyiniz kimi, Rusiya hər zaman bu prosesə qoşulmağa və Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsiplərinə əsaslanaraq burada kömək etməyə hazırdır”, - o brifinqdə qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM