satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə kəşfiyyatının rəhbəri: Azərbaycanla Ermənistan arasında sülh Zəngəzur dəhlizinin açılmasını təmin edəcək

Türkiyə kəşfiyyatının rəhbəri: Azərbaycanla Ermənistan arasında sülh Zəngəzur dəhlizinin açılmasını təmin edəcək

Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından vacibdir.

Naxçıvan televiziyası “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın Bakı Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağı azad edib: “İndi orada bərpa-yenidənqurma işləri görülür”.

İ.Kalın vurğulayıb ki, bu sülh həm də Zəngəzur dəhlizinin açılmasını təmin edəcək: “Nəticədə region dövlətləri Azərbaycan-Ermənistan-Naxçıvan-Türkiyə-Avropa marşrutu vasitəsilə bir-biri ilə bağlanacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM