satellite   Azerspace-1: 11135 H 30000

Mariya Zaxarova: XİN başçılarının “3+3” formatında növbəti görüşünə hazırlıq gedir

Mariya Zaxarova: XİN başçılarının “3+3” formatında növbəti görüşünə hazırlıq gedir

Xarici işlər nazirləri səviyyəsində “3+3” formatında növbəti görüşə hazırlıq davam edir.

Naxçıvan televiziyası xəbər verie ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, bu gün keçirdiyi brifinqdə təsdiqləyib ki, hazırda xarici işlər nazirlərinin sözügedən formatda Ankarada görüşünün təşkili istiqamətində iş aparılır.

“Ankarada belə bir görüş hazırlanır. Hesab edirəm ki, onun tarixini əldə edilmiş razılaşmanın nəticələrinə əsasən bütün ölkələrlə birlikdə elan etsək, düzgün olar. Ona görə də bunu etmək mümkün olan kimi deyəcəyəm, lakin belə bir görüşün hazırlandığını təsdiq edə bilərəm”, - M.Zaxarova bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM