satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərib

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərib

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

ABŞ səfiri Mark Libbi hava limanında itlərin qarşılanmasında iştirak edib.

"Bu gün Danusia və mən hava limanında dördayaqlı qəhrəmanlardan ibarət VIP nümayəndə heyətini qarşılamaq şərəfinə nail olduq. Berta və Dum adlı itlər ANAMA-nın minalar və partlamamış hərbi sursatları təmizləmək missiyasına qoşulmaq üçün Azərbaycana gəlmiş altı minatəmizləyici itdən ikisidir. Bu cəsur Marşall itləri və onların zəhmətkeş ABŞ və Azərbaycan təlimçiləri Azərbaycanda icmaların daha təhlükəsiz şəraitdə yaşayışı təmin etməkdə mühüm rol oynayırlar”, - diplomat qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM