satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan diaspor nümayəndələri Niderland parlamentinə görüş üçün müraciət ediblər

Azərbaycan diaspor nümayəndələri Niderland parlamentinə görüş üçün müraciət ediblər

Azərbaycan diasporunun nümayəndələri Niderland parlamentinə görüş üçün müraciət ediblər.

Bu barədə Naxçıvan televiziyası-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Niderland hökumətinin səlahiyyət müddəti üçün planlarını əks etdirən proqramın “Beynəlxalq təhlükəsizlik” bölməsində Azərbaycan ərazilərinin azad olunması “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi göstərilib:

"Həmin ölkədəki soydaşlarımız bunu ciddi narazılıqla qarşılayıb və Azərbaycan diaspor təşkilatları bəyanatlar verib. Niderlandın Azərbaycan icması bu cür sənədlərin erməni millətçilərində qisas üçün boş ümidlər yaratdığını və regionda gərginliyi artırdığını, belə hərəkətlərin sülhə yox, əksinə, münaqişəyə səslədiyini vurğulayıb, etirazlara davam edəcəyini bildirib. “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi bu ölkənin parlamentinə görüş üçün müraciət ünvanlayıb, petisiya hazırlayıb".

Qeyd edilib ki, parlamentin rəsmi internet səhifəsində həmin müraciətin qeydə alındığı və görüşün olacağı ilə bağlı məlumat yayımlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM