satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanlı diplomat 5-ci Xəzər Biznes Forumunda iştirak edib

Azərbaycanlı diplomat 5-ci Xəzər Biznes Forumunda iştirak edib

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov “Xəzər dənizində əlaqə və iqlim fəaliyyəti vasitəsilə davamlı gələcəyin qurulması” mövzusunda keçirilən 5-ci Xəzər Biznes Forumunda iştirak edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” səhifəsində paylaşım edilib.

E. Məmmədov, Azərbaycanın Orta və Şimal-Cənub dəhlizlərinin inkişafı istiqamətində səyləri, o cümlədən Rəqəmsal İpək Yolu layihəsi haqqında ətraflı məlumat verib.

Nazir müavini Azərbaycanın “yaşıl enerji zonaları” elan etdiyi işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi yaşıllaşdırma təşəbbüslərindən də danışıb.

Azərbaycanın COP29 sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər, yaşıl enerjiyə keçid zamanı bütün beynəlxalq tərəfdaşlarla sıx əlaqəsi diqqətə çatdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM