satellite   Azerspace-1: 11135 H 30000

İcma Niderland XİN-in Azərbaycan barədə iddiasını qınayıb

İcma Niderland XİN-in Azərbaycan barədə iddiasını qınayıb

Qərbi Azərbaycan İcması olaraq, Niderlandın Xarici İşlər Nazirinin ermənilərin Azərbaycanın Qarabağ bölgəsini guya məcburən tərk etməsinə dair iddiasını pisləyirik.

Naxçıvan televiziyası xəbər verir ki, bu İcmanın bəyanatında qeyd edilib.

Bildirilib ki, Niderlandın Azərbaycana qarşı sistematik olaraq əsassız iddialarla çıxış etməsi qəbuledilməzdir:

 

"Niderland Azərbaycana böhtan atmaq əvəzinə, Boner, Sint Eustatius, Saba, Aruba, Kurasao və Sint Maarten kimi dəniz ərazilərində dekolonizasiya öhdəliklərini BMT Nizamnaməsinə uyğun olaraq yerinə yetirməli və orada yerli əhalinin hüquqlarını pozmağa son qoymalıdır".

Bəyanatda vurğulanıb ki, errmənilər Azərbaycan hökumətinin reinteqrasiya və vətəndaşlıq təklifini qəbul etməkdən imtina edərək, öz iradələri ilə Qarabağ bölgəsini tərk ediblər.

"Bundan başqa, bu kimi məsələlərdə ancaq etnik ermənilərə istinad etmək, Qərbi Azərbaycandan zorla qovulmuş azərbaycanlıları gözardı etmək etnik və dini əsasda ayrı-seçkilik təşkil edir. Dekolonizasiyanı həyata keçirməkdən imtina edərək yerli əhalinin hüquqlarını pozan Niderlandın insan hüquqları və humanitar məsələlər barədə danışmağa mənəvi haqqı yoxdur. Biz Niderlanddan Azərbaycana qarşı böhtan kampaniyasını dayandırmağı və Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıtmaq hüquqlarına hörmətlə yanaşmağı tələb edirik", - bəyanatda deyilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM