satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan Azərbaycanla sülh danışıqlarının müsbət nəticələnəcəyini düşünür

Paşinyan Azərbaycanla sülh danışıqlarının müsbət nəticələnəcəyini düşünür

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh danışıqlarının uğurla nəticələnəcəyini düşünür.

Naxçıvan televiziyası Ermənistan mediasına istinadla xəbər verir ki, Nikol Paşinyan bunu Nyu-Yorkda BMT Baş Assamleyasının ümumi debatları zamanı deyib.

“İki ölkə arasında sülh nəinki mümkündür, hətta əlçatandır”, - deyə Ermənistanın baş naziri bildirib. O, həmçinin Ermənistan ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin açılmasına kömək göstərməyə hazir olduğunu deyib. Bu, Bakının sülh müqaviləsi üçün tələb etdiyi əsas şərtlərdən biridir.

Paşinyanın sözlərinə görə, Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı şərtlər də aradan qaldırıla bilər. Dəyişikliklər, əsasən ərazi iddialarına aiddir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM