satellite   Azerspace-1: 11135 H 30000

"Haber Global": Dörd il əvvəl on milyon azərbaycanlının hər biri əsgərə çevrilmişdi - VİDEO

Bu gün İkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsi şəhidləri hörmətlə anılır. Dörd il əvvəl sentyabrın 27-də on milyon azərbaycanlının hər biri əsgərə çevrilmişdi.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "Haber Global" televiziyasının 27 sentyabr - Anım Günü ilə bağlı videosüjetində bəhs edilib.

Süjetdə qeyd edilib ki, köçkünlərin doğma yurduna qayıdışı nə qədər sevindirici haldırsa, həmin yurd uğrunda şəhid olanların məzarını ziyarət etmək də bir o qədər qürurvericidir:

“Dörd il əvvəl bir milyon məcburi köçkünün 30 ildən sonra öz yurduna qayıdacağı gününə ilk addım atıldı. Hadisələrdən illər keçməsinə baxmayaraq, şəhid ana və atalarının qəlbindəki yara təzədir. Amma onlar bu gün hörmət və qürur hissi ilə övladlarının məzarını ziyarət edirlər”.

"Haber Global"ın videosüjetində həmçinin 2023-cü ilin sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatı haqqında da məlumat verilib və onun əhəmiyyəti vurğulanıb.

"Haber Global"ın Anım Günü ilə bağlı tam süjetini təqdim edirik:

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM