satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə NATO-nun dəstəyi müzakirə edilib

Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə NATO-nun dəstəyi müzakirə edilib

Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə NATO-nun dəstəyi müzakirə edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladovun rəhbərlik etdiyi nümayəndə heyətinin Lüksemburqa rəsmi səfəri zamanı keçirdiyi görüşlərdə fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti NATO-nun Dəstək və Təchizat Agentliyinin Əməliyyatlara Dəstək bölməsinin direktoru Orxan Muratlı və digər rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə Azərbaycanın üzləşdiyi mina problemi, NATO-nun dəstəyi, yeni texnologiyaların tətbiqi və qabaqcıl təcrübələr, habelə humanitar minatəmizləmə sahəsində gələcək əməkdaşlığa dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM