satellite   Azerspace-1: 11135 H 30000

Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib

Meksikanın yeni Prezidenti Azərbaycana təşəkkür edib

Meksikanın dünən səlahiyyətlərinin icrasına başlayan yeni Prezidenti Klaudiya Şeynbaum Pardo Azərbaycana dəstəyə görə təşəkkür edib.

Naxçıvan televiziyası xəbər verir ki, o, bununla bağlı “X”dəki sosial şəbəkəsindəki hesabında Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovla və digər ölkələrin rəsmiləri ilə görüşünü əks etdirən videoçarx paylaşıb.

Dövlət başçısı Azərbaycan da daxil olmaqla, 105 ölkənin nümayəndələrinə minnətdarlığını ifadə edib.

“Xarici siyasətimiz xalqların Konstitusiya yolu ilə öz müqəddəratını təyinetmə, daxili işlərə müdaxilə etməmək, mübahisələrin sülh yolu ilə həlli, inkişaf və dünya xalqları ilə qardaşlıq naminə beynəlxalq əməkdaşlıq kimi prinsiplərə riayət edəcək”, - Klaudiya Şeynbaum Pardo paylaşımda qeyd edib.

Qeyd edək ki, Klaudiya Şeynbaum oktyabrın 1-də rəsmi olaraq Meksika Prezidenti vəzifəsinin icrasına başlayıb.

Dünənki andiçmə mərasimi Meksikanın Respublika Konqresinin (ikipalatalı parlament) iclaslarının keçirildiyi San-Lasaro qanunverici Sarayında baş tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM