satellite   Azerspace-1: 11135 H 30000

İsveçrədə azərbaycanlı sənətçilərin konserti keçiriləcək

İsveçrədə azərbaycanlı sənətçilərin konserti keçiriləcək

İsveçrənin Bazel şəhərində Müqəddəs Ruh kilsəsində oktyabrın 13-də orqan musiqisi konserti keçiriləcək.

Bu barədə Naxçıvan televiziyası-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, komitənin dəstəyi ilə keçiriləcək konsertdə kamança və orqanda Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək.

Kamançada Prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatı Mədinə Şahgəldiyeva, orqanda isə müxtəlif yerli və beynəlxalq tədbirlərin, konsertlərin iştirakçısı Şəfəq Abdullayeva çıxış edəcək.

Məlumat üçün bildirək ki, son 30 ildə hər il Müqəddəs Ruh kilsəsində Piano-Orqan musiqi festivalı (Klavier Orgel Festival) təşkil olunur və çoxsaylı musiqisevərlər bu məkana toplaşır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM