satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisdə yeni işçi qrup yaradılıb

Milli Məclisdə yeni işçi qrup yaradılıb

Milli Məclisdə yaşıllıqların suvarılmasının araşdırılması ilə bağlı yeni işçi qrup yaradılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bununla bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında qərar verilib.

Komitə sədri Sadiq Qurbanov qeyd edib ki, yeni yaradılan işçi qrup şəhər ərazilərində, yaşayış binalarının qarşısında və s. ərazilərdə yaşıllıqların suvarılması məsələlərini araşdırmalıdır.

Deputat Naqif Həmzəyevin rəhbərlik edəcəyi işçi qrupun tərkibinə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım, komitə üzvləri Rövşən Muradov, Asif Əsgərov və Eyvaz Qurbanov daxil ediliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM