satellite   Azerspace-1: 11135 H 30000

BƏƏ XİN: Bərpa olunan enerji mənbələrinin inkişafı daha dayanıqlı gələcəyə nail olmağa kömək edəcək

BƏƏ XİN: Bərpa olunan enerji mənbələrinin inkişafı daha dayanıqlı gələcəyə nail olmağa kömək edəcək

“Yaşıl iqtisadiyyat” dayanıqlı inkişafa nail olmağın əsaslarından birini təşkil edir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdulla bin Zayed Əl Nəhyan deyib.

O qeyd edib ki, BƏƏ “yaşıl keçid” istiqamətində irəliləyiş əldə etməyə çalışır.

"BƏƏ bərpa olunan enerji mənbələrindən istifadənin səmərəliliyini artırmaq üçün bir çox böyük layihələrə sərmayə qoyub. Müasir iqlim dəyişikliyini nəzərə alaraq daha dayanıqlı gələcəyə necə nail ola biləcəyimizə dair baxışımız belədir", - o bildirib.

Nazir BƏƏ-nin dayanıqlı inkişafı təmin etmək məqsədilə digər ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

“Biz xüsusilə “yaşıl iqtisadiyyat” sahəsində tərəfdaşlığımızı genişləndirmək üçün çalışırıq”, - o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM