satellite   Azerspace-1: 11135 H 30000

Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə 168 min hektar sahə minadan təmizlənib

Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə 168 min hektar sahə minadan təmizlənib

Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə təxmini 168 min hektar sahə minalardan təmizlənib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masada deyib.

O qeyd edib ki, təmizlənən ərazilərdən 161 min mina aşkarlanıb:

"Onların təxmini 25 mini piyadalar əleyhinə minalardır. 1991-ci ildən indiyə qədər 3400-dən çox insan mina qurbanı olub. Vətən müharibəsinin bitməsindən 2021-ci ilin sonuna qədər 77 mina hadisəsi baş vermişdi. O müddətdən indiyə kimi isə maarifləndirmə nəticəsində hadisələrin sayı 60 faizə qədər azalıb".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM