satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisin deputatları Gürcüstanda parlament seçkilərini izləyəcəklər

Milli Məclisin deputatları Gürcüstanda parlament seçkilərini izləyəcəklər

Milli Məclisin bir sıra deputatları Gürcüstanda oktyabrın 26-na planlaşdırılmış parlament seçkilərini izləyəcəklər.

Naxçıvan televiziyası-a Milli Məclisdən daxil olan xəbərə görə, seçkiləri izləmək üçün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, deputatlardan Nizami Səfərov, Kəmaləddin Qafarov, Hikmət Məmmədov, Elşən Musayev, Sahib Alıyev, Anar Məmmədov və Tural Gəncəliyev Tbilisi şəhərinə səfər edəcəklər.

Milli Məclisin deputatları Gürcüstan parlamentinə seçkilərin hazırlıq səviyyəsi ilə maraqlanacaq, seçki məntəqələrində yaradılmış şəraitlə tanış olacaq, səsvermə günü vətəndaşların fəallığını və səslərin sayılması prosesini izləyəcəklər.

Səfər oktyabrın 27-də başa çatacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM