satellite   Azerspace-1: 11135 H 30000

Putin: Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün hər şeyi edir

Putin: Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün hər şeyi edir

Moskva Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün hər şeyi edir və bu ölkələri təbii strateji tərəfdaşlar hesab edir.

Naxçıvan televiziyası “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, dayanıqlı sülhün təmin edilməsi üçün hər şeyi etmişik və edirik. Bundan sonra da sülh sazişi üzərində işdə, sərhədlərin delimitasiyasında, iqtisadi və nəqliyyat əlaqələrinin açılmasında dəstək göstərəcəyik", - deyə V.Putin səfirlərin, o cümlədən Azərbaycan və Ermənistanın yeni səfirlərinin etimadnamələrinin təqdim edilməsi mərasimində bildirib.

Rusiya Prezidenti Azərbaycan və Ermənistan liderlərinin Kazanda BRICS sammiti çərçivəsində görüşməsini, regionda davamlı sülh və millətlərarası razılığın əldə edilməsinə dair prinsipial məsələlər üzrə faydalı söhbət aparmalarını alqışlayıb.

O əlavə edib ki, Azərbaycan və Ermənistan Rusiyanın ən yaxın qonşuları, ən yaxşı dostları, təbii strateji tərəfdaşları və müttəfiqləridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM