satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan müdafiə naziri Slovakiyada hərbi institutu ziyarət edib - FOTOLAR

Azərbaycan müdafiə naziri Slovakiyada hərbi institutu ziyarət edib<font color=red> - FOTOLAR</font> Azərbaycan müdafiə naziri Slovakiyada hərbi institutu ziyarət edib<font color=red> - FOTOLAR</font>

Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə rəsmi səfəri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Zahorie Hərbi-Texniki və Sınaq İnstitutunu (VTSU) ziyarət edib. Azərbaycan Respublikasının müdafiə nazirinə institutun tarixi və əsas fəaliyyət istiqamətləri ilə bağlı ətraflı məlumat verilib.

İnstitutda yaradılan şərait və təhsil sistemi ilə tanışlıqdan sonra Azərbaycan nümayəndə heyəti təlim sahəsinə gələrək, burada müxtəlif döyüş texnikaları ilə tanış olub və atışlarda iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM