satellite   Azerspace-1: 11135 H 30000

İrakli Kobaxidze: Azərbaycanla möhkəm tərəfdaşlıq əlaqələrini daha da gücləndirməyə hazıram

İrakli Kobaxidze: Azərbaycanla möhkəm tərəfdaşlıq əlaqələrini daha da gücləndirməyə hazıram

Gürcüstanla Azərbaycan arasında möhkəm tərəfdaşlıq əlaqələrini daha da gücləndirmək üçün hazır olduğumuzu bir daha təsdiqləmək istəyirəm.

Naxçıvan televiziyası xəbər verir ki, bu, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan Baş naziri Əli Əsədova göndərdiyi məktubda yer alıb.

Qeyd edilib ki, məktubda Gürcüstanda keçirilmiş parlament seçkilərində əldə olunmuş qələbə münasibətilə Ə.Əsədovun Kobaxidzeyə göndərdiyi təbrikə görə minnətdarlıq ifadə edilib:

"Fürsətdən istifadə edərək Gürcüstanla Azərbaycan arasında möhkəm tərəfdaşlıq əlaqələrini daha da gücləndirmək üçün hazır olduğumuzu bir daha təsdiqləmək istəyirəm. Ölkələrimiz arasındakı strateji münasibətlər regionda sülh və sabitlik üçün olduqca əhəmiyyətlidir və inanıram ki, birgə səylərimizlə, bütün sahələrdə gələcək əməkdaşlığımız daha da möhkəmlənəcəkdir", - deyə məktubda vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM