satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan səfiri Rusiya XİN başçısının müavini ilə görüşüb

Azərbaycan səfiri Rusiya XİN başçısının müavini ilə görüşüb

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

“Noyabrın 6-da Rusiya Federasiyasının xarici işlər nazirinin müavini S.A.Ryabkov Rusiyadakı Azərbaycan səfiri R.S.Mustafayevlə görüşüb. Görüş zamanı qarşılıqlı maraq doğuran beynəlxalq gündəmin bəzi aktual aspektləri barədə fikir mübadiləsi aparılıb”, – xarici siyasət idarəsinin məlumatında diqqətə çatdırılıb.

Xatırladaq ki, noyabrın 5-də səfir R.Mustafayev etimadnaməsini Rusiya Prezidenti Vladimir Putinə təqdim edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM