satellite   Azerspace-1: 11135 H 30000

Fuad Nəcəfli: Dövlət Proqramında nəzərdə tutulan layihələr 2025-ci ildən sürətlə icra ediləcək - VİDEO

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə COP29-un açılışında iştirak edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli jurnalistlərin suallarını cavablandırarkən deyib.

Səlahiyyətli nümayəndə bildirib ki,  "2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda nəzərdə tutulan işlər əsasən yerinə yetirilib, 2025-ci ildən isə proqamın icrası yeni mərhələdə davam etdiriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında  sərəncam imzalayıb. Proqramın icrası çərçivəsində Naxçıvanda mühüm tikinti-quruculuq, enerji, nəqliyyat-kommunikasiya, iqtisadiyyat, kənd təsərrüfatı, su təminatı və digər sahələrdə bir sıra böyük layihələr reallaşdırılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM