satellite   Azerspace-1: 11135 H 30000

Əminə Ərdoğan: COP29 Liderlər Sammiti həmrəylik və məsuliyyətin güclü təzahürüdür

Əminə Ərdoğan: COP29 Liderlər Sammiti həmrəylik və məsuliyyətin güclü təzahürüdür

COP29 Liderlər Sammiti həmrəyliyin və bəşəriyyət qarşısında ümumi məsuliyyətin güclü təzahürüdür.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyənin birinci xanımı Əminə Ərdoğan özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Dost və qardaş Azərbaycanın nümunəvi ev sahibliyi altında keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin ümumi evimiz olan Yer planetinə fayda gətirməsini arzu edirəm. Bu sammit sərhədləri aşan həmrəyliyin və təbiət və bəşəriyyət qarşısında ümumi məsuliyyətin güclü təzahürüdür", - o yazıb.

Ə.Ərdoğan, həmçinin Bakı konfransının daha ədalətli dünyanın qurulmasına töhfə verəcəyinə ümidvar olduğunu deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM