satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: COP29-da iştirak etməmək Ermənistan üçün itirilmiş fürsətdir

Ceyhun Bayramov: COP29-da iştirak etməmək Ermənistan üçün itirilmiş fürsətdir

Azərbaycan COP29-un inklüzivliyini təmin etmək üçün konvensiyaya üzv tərəflərə olduğu kimi, o cümlədən Ermənistana da dəvət göndərib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən də konfransda iştirakla bağlı bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq, onlar COP29-a gəlməyiblər:

"Bunun da onlar üçün itirilmiş fürsət olduğunu hesab edirik".

C.Bayramov Ermənistanın COP-un Azərbaycanda keçirilməsi ilə bağlı öz vetosunu geri götürdüyünü də xatırladıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM