satellite   Azerspace-1: 11135 H 30000

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiasına mahiyyəti üzrə baxmağa qərar verib

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiasına mahiyyəti üzrə baxmağa qərar verib

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan tərəfinin etirazlarına baxmayaraq, Azərbaycanın Ermənistana qarşı iddiasına, o cümlədən minalarla bağlı faktlara mahiyyəti üzrə baxmağa qərar verib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Beynəlxalq Ədalət Məhkəməsi bu gün təsdiq edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin onilliklər boyu işğalı zamanı etnik təmizləmə və digər irqi ayrı-seçkilik aktları ilə bağlı Azərbaycanın Ermənistana qarşı iddiası davam etdiriləcək.

Məhkəmə, həmçinin Ermənistanın mina və mina tələlərinin yerləşdirilməsi ilə bağlı iddiaları Məhkəmənin yurisdiksiyasından çıxarmaq cəhdini də rədd edib. Ermənistanın mina aktlarının qurbanları üçün ədaləti təmin etmək həyati əhəmiyyət kəsb edir, bu say faciəvi şəkildə bu günə qədər artmaqda davam edir", - o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM