Ayxan Hacızadə ABŞ-nin yeni prezident seçimindən sonra Azərbaycanla əlaqələrinə münasibət bildirib

Ayxan Hacızadə ABŞ-nin yeni prezident seçimindən sonra Azərbaycanla əlaqələrinə münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ-də yeni prezident seçimindən sonra Azərbaycanla bu ölkənin gələcək əlaqələrinin necə olacağına münasibət bildirib.

NUHÇIXAN-ın məlumatına görə, XİN rəsmisi jurnalistlərə açıqlamasında qeyd edib ki, ABŞ-də keçirilən yeni prezident seçkilərini nəzərə alaraq dəyişən administrasiyanın hansı siyasət yürüdəcəyi və hansı addımlar atacağını indidən demək çətindir.

A.Hacızadə qeyd edib ki, Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq, uzunmüddətli perspektivdə "yaşıl enerji"yə keçid, karbon emissiyasının azaldılması istiqamətində müvafiq tədbirlər görməyi nəzərdə tutur.

O vurğulayıb ki, Azərbaycan "yaşıl enerji"yə keçid istiqamətində hazırda müvafiq böyük layihələr həyata keçirir:

"Bu layihələr Azərbaycanda enerji infrastrukturunun şaxələndirilməsi istiqamətində böyük əhəmiyyət kəsb edən məsələlərdən biridir".

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM