satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanda prezident seçkiləri 2025-ci ilin yanvarında keçirilə bilər

Gürcüstanda prezident seçkiləri 2025-ci ilin yanvarında keçirilə bilər

Gürcüstanda prezident seçkiləri 2025-ci il yanvarın əvvəlində keçirilə bilər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, parlament seçkilərinin son nəticələri elan olunduqdan on gün sonra Gürcüstan parlamentinin ilk iclası keçiriləcək.

“Bundan sonra prezident seçkiləri ilə bağlı məsələ gündəmə gələcək və təxminən 2025-ci il yanvarın əvvəllərində prezident seçkiləri keçiriləcək. Bundan sonra isə prezidentin andiçmə mərasimi olacaq”, – deyə Kobaxidze əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM