satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov: Münaqişələrin kənar təsirləri qlobal iqlim problemlərini daha da dərinləşdirir

Ceyhun Bayramov: Münaqişələrin kənar təsirləri qlobal iqlim problemlərini daha da dərinləşdirir

Münaqişələrin kənar təsirləri qlobal iqlim problemlərini daha da dərinləşdirir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Sülh, Yardım və Bərpa Günü ilə bağlı çıxışında deyib.

Onun sözlərinə görə, COP29-da sədrliyin əsas məntiqlərindən biri də bu məsələ ilə bağlı bütün tərəfləri bir araya gətirməkdir:

“Biz müxtəlif ölkələrlə həll yönümlü çıxış yolları hazırlayırıq. Odur ki, tərəfdaşlara Azərbaycana inandığına, etibar etdiyinə görə təşəkkür edirəm. Vaxtı hədər vermək olmaz. Bəyanatları konkret tədbirlərə çevirmək lazımdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM