satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə XİN Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib

Türkiyə XİN Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib

Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycanı 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə təbrik edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında paylaşım edilib.

“Azərbaycanın 36 il əvvəl başlatdığı müstəqillik mübarizəsinin dönüş nöqtəsi olan Milli Dirçəliş Gününü ürəkdən təbrik edir, eyni ruh və inamla ərazilərindəki işğala son verən azərbaycanlı qardaşlarımızın zəfərini bir daha təbrik edirik”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, bu gün Azərbaycanda Milli Dirçəli Günü qeyd olunur. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM