satellite   Azerspace-1: 11135 H 30000

Türk dövlətlərinin ortaq himni hazırlanacaq

Türk dövlətlərinin ortaq himni hazırlanacaq

Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ortaq himni hazırlanacaq.

Naxçıvan televiziyası Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu layihəyə rəhbərlik edənlərdən biri professor Erhan Özden deyib.

O bildirib ki, marş artıq yaxın gələcəkdə hazırlana bilər:

“Bəstəkar üzv dövlətlərin ümumi rəyi ilə seçiləcək. Sözlər isə elə seçiləcək ki, hər kəs başa düşsün”.

E.Özdenin sözlərinə görə, himndə türk xalqlarının özəllikləri özünəməxsus söz və musiqi ilə ifadə ediləcək.

Həmçinin bildirilib ki, qarşıdakı illərdə türk xalqlarının ortaq lüğətinin hazırlanması da gözlənilir.

Qeyd edək ki, bundan əvvəl TDT ölkələrinin ortaq əlifbası hazırlanıb.

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycana qış gəldi

19:23 21.12.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM