satellite   Azerspace-1: 11135 H 30000

"Haber Global": COP29-da iştirakçı fəallığı kifayət qədər çoxdur

"Haber Global": COP29-da iştirakçı fəallığı kifayət qədər çoxdur

Bakının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakçı fəallığı kifayət qədər çoxdur.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalının COP29-la bağlı hazırladığı süjetdə qeyd olunub.

Bildirilib ki, insanlar gələcəyin dünyasını düzgün formalaşdırmaq üçün çalışırlar.

Eyni zamanda diqqətə çatdırılıb ki, bugünkü gündəlikdə səhiyyə, təhsil, uşaq və gənclərlə bağlı məsələlər var:

“Bununla bağlı Türkiyənin təhsil naziri də Bakıdadır. Rəqəmsallaşan yeni dünyaya adaptasiya lazımdır. Bu prosesin başında gənclər gedir. Sabah isə qida, su, kənd təsərrüfatı məsələləri müzakirə ediləcək. Türkiyə müvafiq qurumları böyük nümayəndə heyəti ilə Bakıdadır. Türkiyə bütün sahələrdə “yol xəritəsi”ni davam etdirəcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycana qış gəldi

19:23 21.12.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM