satellite   Azerspace-1: 11135 H 30000

Muxtar Babayev: “İqlim dəyişikliyi turizm sahəsinə mənfi təsir göstərir”

Muxtar Babayev: “İqlim dəyişikliyi turizm sahəsinə mənfi təsir göstərir”

İqlim dəyişikliyi turizm sahəsinə də mənfi təsir göstərir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə bildirib.

Onun sözlərinə görə, iqlim dəyikşikliyi ilə mübarizə hərtərəfli əməkdaşlıq tələb edir: “Hər bir sahə bunun bir hissəsi olmalıdır. Turizm də bu mənada istisna deyil. Çünki bu sahə böyük potensiala malikdir. Turizm prinsipcə dünya iqtisadiyyatında unikal mövqeyə malikdir.

O bildirib ki, turizm iqlim dəyişikliyi ilə mübarizədə katalizator roulunu oynaya bilər: "Turizm müxtəlif ölkələrdə vacib gəlir mənbəyidir. Amma onun atmosferə buraxılan karbon emissiyalarında da payı var. Üstəlik, iqlim dəyişikliyi turizm sahəsinə mənfi təsir göstərir. Bu mənada turizmin qlobal iqlim gündəminə daxil olması üçün çalışacağıq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycana qış gəldi

19:23 21.12.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM