satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı Orta Dəhlizin inkişafını müzakirə edib

Azərbaycan və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı Orta Dəhlizin inkişafını müzakirə edib

Azərbaycan və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı arasında Orta Dəhlizin inkişafı müzakirə edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, müzakirələr ölkəmizdə səfərdə olan İttifaqın Baş katibi Umberto de Pretto ilə görüşdə baş tutub.

"Orta Dəhlizin inkişafı və rəqəmsallaşdırılması üzrə müvafiq tədbirlərin görülməsi istiqamətində təşkilatla Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsini müzakirə etdik. Azərbaycanlı mütəxəssislərin təşkilatda işə cəlb edilməsi məsələlərinə dair fikir mübadiləsi apardıq", - deyə nazir qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Azərbaycana qış gəldi

19:23 21.12.2025

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM