Azərbaycan-Türkiyə yüksəksəviyyəli əməkdaşlıq əlaqələri parlamentlər müstəvisində də inkişaf etdirilib

Azərbaycan-Türkiyə yüksəksəviyyəli əməkdaşlıq əlaqələri parlamentlər müstəvisində də inkişaf etdirilib

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a bildirilib ki, görüşdə dost və qardaş ölkələrimiz, o cümlədən qanunverici orqanlarımız arasında münasibətlərin yüksək səviyyədə inkişafından məmnunluq ifadə edilib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarına əsaslanan və bütün sahələri əhatə edən münasibətlərimiz dövlət başçılarımızın siyasi iradəsi və birgə səyləri sayəsində bu gün özünün ən yüksək səviyyəsinə yüksəlib.

Tərəflər yüksəksəviyyəli əməkdaşlıq əlaqələrinin parlamentlər müstəvisində də inkişaf etdirildiyini diqqətə çatdırıblar.

Mövlud Çavuşoğlu Azərbaycanda növbədənkənar parlament seçkilərinin uğurla keçirilməsi və yenidən Milli Məclisin sədri seçilməsi münasibətilə Sahibə Qafarovanı təbrik edib.

Parlament sədrləri, dostluq qrupları və deputatlar arasında təmasların münasibətlərimizə mühüm töhfələri qeyd edilib. Həmçinin qanunverici orqanlarımızın və deputatların bütün beynəlxalq parlament təşkilatlarında ortaq mövqedən çıxış etdikləri məmnunluqla diqqətə çatdırılıb. Qeyd olunub ki, ölkələrimizə qarşı bir sıra dairələr tərəfindən həyata keçirilən qarayaxma və təzyiq kampaniyalarına qarşı mübarizədə parlamentarilərimizin əməkdaşlığı olduqca vacibdir.

Söhbət zamanı Azərbaycanın ev sahibliyi ilə COP29-un çox yüksək səviyyədə təşkil olunması ilə bağlı da fikirlər səsləndirilib. Bu tarixi zirvə toplantısının ölkəmizin qlobal proseslərə növbəti töhfəsi kimi dəyərləndirilib.

Görüşdə, həmçinin regionda mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda beynəlxalq konfransının əhəmiyyəti barədə fikirlər səsləndirilib.

Xəbər lenti
Sabah Culfada qaz olmayacaq

19:54 04.12.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM